RU

Azərbaycan Cüdo Federasiyası tərəfindən Sabunçuda master klass təşkil olunub

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Sabunçu rayonunda yerləşən 307 saylı tam orta məktəbdə "ustad dərsi" təşkil olunub.

Apasport.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ustad dərsi" zamanı milli üzvləri, müxtəlif beynəlxalq yarışların qalibləri Vüqar Talıbov və Ömər Rəcəbli, kata yığmasının cüdoçusu Əmrah Əhmədov müxtəlif fəndləri uşaqlara və yeniyetmələrə nümayiş etdirib.

Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib və tətbiq etməyə çalışıblar.

Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallara düzgün cavab verənlərə müxtəlif hədiyyələr təqdim edilib.

Hidayət reytinq xallarına görə liderdir

Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Güləşçilərimizdən 4 medal

İlin son cüdo turniri Tokioda keçiriləcək

Azərbaycan 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək

Избранный
7
5
apasport.az

6Источники