RU

“Sumqayıt” özbək futbolçu ilə müqavilə imzalayıb

“Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

İdman.biz xəbər verir ki, klub son olaraq Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

22 yaşlı yarımmüdafiəçi “Sumqayıt” FK-nın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

İdman.biz

Избранный
16
24
idman.biz

10Источники