RU

Mask bir gündə 34 milyard dollar QAZANDI - Milyarderin sərvəti nə qədərdir?

Dünyanın ən varlı adamı olan Elon Mask bir gündə sərvətini 33,5 milyard dollar artıra bilib.

Olaylar.az xəbər verir ki, oktyabrın 24-da birja əməliyyatları zamanı "Tesla"nın səhmləri 22 faiz artıb. Bu artım şirkətinin əsas səhmdarı olan Maskı bir qədər də varlandırıb.

"Tesla"nın bahalaşmasından sonra Maskın ümumi sərvətinin dəyəri 270 milyard dollar təşkil edib. Bu məbləğ ən varlı insanlar siyahısında ikinci yerdə olan sahibkar Ceff Bezosin sərvətinin dəyərindən təxminən 61 milyard dollar çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
2
olaylar.az

3Источники