RU

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın qalibləri müəyyənləşib

“Mədəniyyət

Mədəniyyət Nazirliyi Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın seçim mərhələsinin başa çatması və "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən seçilən namizədlərin elan olunması ilə bağlı oktyabrın 25-də Milli İncəsənət Muzeyində mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova nazirlik tərəfindən ilk dəfə tətbiq edilən təqaüd proqramı haqqında məlumat verib.

Sonra təqaüd proqramının qalibləri haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Mətbuat konfransında mədəniyyət nazirinin müşavirləri Cəsarət Valehov, Cahangir Səlimxanov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək "Təqaüd Proqramı üzrə Komissiya" tərəfindən görülən işlərdən və seçim zamanı qarşılaşdıqları nüanslardan danışıblar. Məlumat verilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib. Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.

Qeyd olunub ki, MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində il ərzində 15 nəfər, 2026-cı ilin sonunadək isə 60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub. Təqaüd proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlar üzrə təhsil seçimləri mümkündür.

Bildirilib ki, cari il avqustun 15-dən sentyabrın 15-dək 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar) üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilmişdi. Proqram elan olunduğu müddət ərzində edu.creative.az saytı üzərindən ümumilikdə 26 namizəd qeydiyyatdan keçib və onlardan 21 nəfər müsahibədə iştirak etmək şansı qazanıb. Müraciət edənlərdən 8 nəfər namizəd bakalavriat, 13 nəfər isə magistratura səviyyəsi üzrə xaricdə təhsil almaq üçün təqaüd proqramına müraciət edib.

Diqqətə çatdırılıb ki, “Müsahibə iştirakçılarının seçim prosesinin obyektivliyinin, aşkarlığının və şəffaflığının təmin edilməsi Qaydaları”na əsasən, nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik yanında sahə üzrə mütəxəssislərdən ibarət “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası” da bu istiqamətdə aktiv fəaliyyət göstərib. Namizədlərin sənədləri təhlil edilərkən onların qəbul aldığı universitet və ixtisasların əsasən prioritet ixtisaslar, o cümlədən daha yüksək reytinqli xarici ali təhsil müəssisələri olduğu müəyyən edilib. Müraciətlər diqqətlə nəzərdən keçirilib və 18 nəfər namizədin təhsil və yaşayış xərclərinin təqaüd proqramı çərçivəsində maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib. Bundan əlavə, təqaüd proqramından öncə müraciət etmiş iki tələbənin təhsil və yaşayış xərclərinin də Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməsi qərara alınıb.

Qeyd edək ki, “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları”na əsasən, proqram iştirakçıları məzun olduqdan sonra nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlarda təhsil aldıqları ixtisaslaşma istiqamətləri üzrə üç ildən az olmayan müddətdə əmək fəaliyyəti, o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, habelə həmin qurumlar tərəfindən keçirilən ustad dərslərində təlimçi qismində iştirak etmək kimi öhdəlikləri üzərinə götürür.

Sonra qaliblərin adları açıqlanıb və jurnalistləri maraqlandıran suallar cavablandırılıb,

“Mədəniyyət

“Mədəniyyət

“Mədəniyyət

“Mədəniyyət

“Mədəniyyət

“Mədəniyyət

Избранный
5
10
xalqcebhesi.az

10Источники