RU

PSJ-nin sabiq futbolçusu 35 yaşında vəfat etdi

Mərakeş millisinin və Fransanın PSJ komandasının sabiq futbolçusu Abdelaziz Barrada 35 yaşında dünyasını dəyişib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçinin ölümünə ürəktutması səbəb olub. Veteran futbolçu 2021-ci ildə karyerasını bitirmişdi.

A.Barrada PSJ ilə yanaşı, “Marsel” (Fransa), “Xetafe” (İspaniya) və “Antalyaspor” (Türkiyə) kimi komandalarda da çıxış edib. O, Mərakeş millisinin heyətində 28 matçda 4 qolla yadda qalıb.

Избранный
3
5
yenicag.az

4Источники