RU

Mərakeş millisinin sabiq futbolçusu 35 yaşında vəfat edib

Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Barradanın ölüm səbəbi ürəktutması olub. Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə "Marsel" arasında keçiriləcək matçdan öncə sabiq yarımmüdafiəçi üçün bir dəqiqəlik sükut planlaşdırılır.

Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.

Избранный
7
11
far.az

10Источники