RU

Rəşad Sadıqov avtomobil qəzasına düşüb

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Ayaks” (0:3) oyununu izləməyə gedən “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.

Qəza zamanı baş məşqçinin “Range Rover” markalı avtomobilinə maddi ziyan dəyib.

“Zirə” klubundan verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.

Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:

“Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur”.

Избранный
3
8
buta.media

9Источники