RU

Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 112 yeni dövlət standartı qəbul edib.

“İki sahil” bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

"Yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edəcək", - deyə məlumatda qeyd olunub.

Избранный
2
5
ikisahil.az

6Источники