RU

Saakaşvili azərbaycanlılara müraciət edib - “Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz”

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarına müraciət edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Aktual.ge” məlumat yayıb.

"Mənim əziz həmvətənlərim! Bu sizin həyatınızın ən əsas seçkisidir. Oktaybrın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var. Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək deyənlərə inanmayın”, - deyə siyasətçi vurğulayıb.

 Saakaşvili qeyd edib ki, seçkilərə rahat gedin və 5 nömrəyə səs verin.

 

Daşqın HəsənovMissiya.Az

Избранный
10
7
missiya.az

9Источники