RU

Prezident İlham Əliyev: Qardaş Qazaxıstanla birgə layihələrin reallaşdırılmasında maraqlıyıq

Bakı. Trend:

Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat,nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji,humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə səmərəlitərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrinreallaşdırılmasında maraqlıdır.

Trend xəbərverir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham ƏliyevinQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin millibayramı – Respublika Günü münasibətilə ünvanladığı təbrikməktubunda yer alıb.

Məktubunda Azərbaycan xalqı adından ən xoş arzularını çatdıranPrezident İlham Əliyev qeyd edib: “Sizin qardaş Qazaxıstanınhərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyatakeçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər vəuğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmişölkənizi görməkdən böyük qürur duyuram”.

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan,qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstanəlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeniməzmunla zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayandövlətimizin başçısı əlavə edib: “Qarşılıqlı ali və yüksəksəviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanançoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəliəməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənadacari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etməkistərdim”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki,Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm dəçoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı,ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütünsahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın vəmüttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgəsəylər bundan sonra da uğurla davam etdiriləcək.

Избранный
9
15
az.trend.az

10Источники