Bakı. Trend:
2024-cü ilin iyul ayında Yunanıstanın Azərbaycan qazınınidxalına çəkdiyi xərclər ötən ilin eyni dövründəki 55,7 milyon avroilə müqayisədə 57,4 milyon avroya çatıb.
Bu barədə Trend-in sorğusunacavab olaraq Avropa İttifaqının statistika idarəsi – Eurostatməlumat verib.
Beləliklə, Yunanıstanın Azərbaycandan təbii qaz idxalına çəkdiyixərclər illik hesabda 3 faizdən çox artıb.
2024-cü il yanvar-iyul ayları ərzində isə bu göstərici 362milyon avro olub ki, bu da 2023-cü ilin eyni dövründə qeydə alınan579,5 milyon avro ilə müqayisədə 37,5 faiz azdır.
İdxal həcmlərinə gəldikdə, 2024-cü ilin iyul ayındaAzərbaycandan Yunanıstana 162,8 milyon kubmetr qaz tədarük edilibki, bu da 2023-cü ilin eyni ayında idxal olunan 178,2 milyonkubmetr qazla müqayisədə 8,64 faiz azdır.
2024-cü ilin yanvar-iyul aylarında isə Yunanıstan Azərbaycandan1,12 milyard kubmetr qaz idxal edib ki, bu da 2023-cü ilin eynidövründəki 1,2 milyard kubmetrlə müqayisədə 8,3 faiz azalmademəkdir.
Qeyd edək ki, Azərbaycan 2020-ci il 31 dekabr tarixindənetibarən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinəbaşlayıb. Bu dəhliz Xəzər dənizi regionundan Gürcüstan və Türkiyəüzərindən Avropa ölkələrinə qazın daşınmasını təmin edir.
2022-ci ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı Cənub QazDəhlizi vasitəsilə qaz təchizatının illik həcmini indiki 10 milyardkubmetrdən 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq barədərazılığa gəliblər.
X: @Lyaman_Zeyn