RU

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Ali AttestasiyaKomissiyası Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarıilə təsdiq edilmiş “Fəlsəfə doktoru imtahanlarının keçirilməQaydası”na uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2024-cü il noyabrın4-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və yatəhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçininəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrəfəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elanedir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu müddət ərzindəAzərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmimüəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada,həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan vəya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az)“Şəxsi kabinet"in yaradılması və istifadəqaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xaricidil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycandili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiyamüdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə,habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycandili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM)tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılarekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet”yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilənimtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manatməbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrinitəsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələbolunan məbləğ (110 (yüz on)) silinir. Əcnəbi və vətəndaşlığıolmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan diliimtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahandaiştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dilsertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malikolanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrəfəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslərsertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətiniattestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dilsertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyiAli Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir (Bax:http://www.aak.gov.az/single/674)

Xarici dillər, həmçinin Azərbaycan dili üzrə fəlsəfə doktoruimtahanı xarici dildən doktoranturaya qəbul imtahanı ilə təxminəneyni məzmun və strukturda (dinləyib-anlama, oxuyub-anlama, dildənistifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıqbloklarından ibarət olmaqla keçirilir. Proqramlarla aşağıdakıkeçidlərdən tanış ola bilərsiniz:

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı proqramları(Azərbaycandilində, rus dilində);

Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı proqramı.

Fəlsəfə doktoru imtahanlarının nəticələri həmin imtahanlarınverildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş ilmüddətində etibarlı sayılır. Xarici dil, həmçinin əcnəbi vəvətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfədoktoru imtahanını uğurla vermiş (xarici dil üzrə fəlsəfə doktoruimtahanından ən azı 30 bal, əcnəbilər üçün Azərbaycan diliimtahanından isə ən azı 25 bal toplamış) iddiaçılara AliAttestasiya Komissiyasının müəyyən etdiyi formada həmin imtahandaonların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktorudissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlısayılan şəhadətnamə verilir.

İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayaniddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanınınnəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnaməverilmir.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2024-cü il dekabrın1-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoruimtahanının isə dekabrın 2-də keçirilməsi nəzərdə tutulur. Danışıqbloku üzrə imtahanın isə 4-5 dekabr 2024-cü il tarixlərindəkeçirilməsi planlaşdırılır.

Избранный
13
11
az.trend.az

10Источники