RU

Qərb derbisi: “Kəpəz” möcüzəyə möhtac durumda! - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 11-ci tura start veriləcək. İlk oyun günündə qərb derbisi keçiriləcək.

Matç “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
2-ci dövrə, 11-ci tur
25 oktyabr
Turan Tovuz – Kəpəz

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 4:+4=0-0, 9:0.
2022/23 – 2:0, 2:0; 2023/24 – 4:0, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-35-15.
Tovuz, şəhər stadionu. Saat 19.00.

Yeni mövsümə Kurban Berdıyevin rəhbərliyi altında başlayan “Turan Tovuz” xarüqələr yaradır desək, yanılmarıq.

Komandanın hücum xəttində ciddi problem görünmürsə, müdafiədə boşluqlar tapmaq mümkündü. Yenə də geridə qalan 10 tur ərzində cəmi bir dəfə məğlub olan komanda “avrokubok zonası”ndan qopmur. Bilindiyi kimi, “bozqurd” evinin qapılarını stadionsuz qalan “Kəpəz”ə taybatay açıb və qonaqpərvərliyini göstərib. Lakin qərb derbisində də səxavətli olacağını düşünsək, yanılarıq. Prinsipial qarşılaşma kollektiv üçün çox önəmlidi və meydana məhz qələbə üçün çıxacaq. Tovuzluların şansını artıran məqamlardan birincisi yuxarıdakı statistikadısa, ikincisi hansısa zədəli və cəzalının olmamasıdı. Deməli, Berdıyev sərəncamındakı futbolçulardan ideal start heyətini seçməklə rəqibi məğlub etməyə çalışacaq. Təbii ki, bu, həm də ilk “dördlük”dən uzaq düşməmək üçün vacibdi.

“Kəpəz” ilk 10 turda cəmi 1 qələbə qazanıb ki, bu nəticəylə sonuncu pillələdi. İş orasındadı ki, növbəti rəqib “Turan Tovuz” da “sarı-göylər”dən üstündü. Azarkeşləri üçün acınacaqlı olsa da, kollektivin qərb derbisindən üzüağ çıxmaq şansı xeyli azdı. Üstəlik komanda hələ “bozqurd”un meydanında xal qazana bilməyib. Tərəflərin son iki qarşılaşmasında gəncəlilər qol da vurmayıb. Neqativ məqamlara iki futbolçusunun – Elgün Bayramovla Elmir Tağıyevin zədəli olduğunu da əlavə etsək, “Kəpəz”in işi çox çətindi. Burda Azər Bağırovun bilik və bacarıqları işə düşməli, “Qarabağ”a ağır məğlubiyyətdən sonra fiziki, psixoloji durum yüksək səviyyəyə gətirilməlidi. Əks halda, qələbə üçün yalnız möcüzəyə ehtiyac olacaq.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 6-da tovuzlular, 2-də gəncəlilər qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi – 15:3.

Turun digər oyunları oktyabrın 26-27-də keçiriləcək.

KƏNAN BAHADIR

Избранный
18
football-plus.az

1Источники