RU

Neslihan Atagül qarnı burnunda poza verib- FOTO

Səkkiz ildir xoşbəxt yaşayan Kadir Doğulu və Neslihan Atagül körpə gözlədikləri müjdəsini veriblər.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, ana olmaq üçün günləri sayan məşhur aktrisadan qarnı ilə yeni pozalar gəlib.

Neslihan Atagül və Kadir Doğulu “Fatih Harbiye” (2013-2014) serialında tanış olub və onların çəkiliş meydançasındakı dostluğu tezliklə əsl sevgiyə çevrilib. Aktyor cütlüyü 2016-cı ildə həyatlarını birləşdirib.

2022-2023 mövsümündə birlikdə çəkildikləri “Gecenin Ucunda” serialından bəri ekranlardan uzaq düşən Doğulu və Atagüldən şad xəbər yay aylarında gəlib.

Qarnını tutaraq verdiyi poza qısa zamanda 250 min bəyənmə alan gözəl aktrisa, “Bu xoşbəxtliyi bir müddət daha gizli saxlamaq istərdik” mesajını yazaraq, haqqında hamiləlik iddialarını təsdiqləyib. “Açığı, bu bizim haqqımızdı, bir sözlə, xoşbəxtik, razıyıq”, – deyib.

 

Əflatun

 

 

 

 

Hamilelikte

 

Hamilelikte

 

Избранный
15
tribunainfo.az

1Источники