RU

Çin kosmik uçuşlar üçün bilet satmağa BAŞLADI

Çinin “Deep Blue Aerospace” şirkəti 2027-ci ilə planlaşdırılan suborbital uçuşlar üçün biletlərin satışına başlayıb.

Viral.az xarici KİV-ə istinadən xəbər vetir ki, ilk iki bilet oktyabrın 24-də satışa çıxarılıb və qiyməti 1,5 milyon yuan olub. Biletləri almaq üçün 50.000 RMB depozit tələb olunur.

2025-2026-cı illərdə həyata keçiriləcək bir sıra sınaqlardan sonra müntəzəm uçuşların 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Son Yazılar:

Şirkətin kosmik gəmisi altı sərnişini 100-150 km hündürlüyə qaldıra biləcək və onlar burada çəkisizlikdə təxminən 10 dəqiqə vaxt keçirəcəklər.

“Deep Blue Aerospace” şirkəti “Blue Origin”in “New Shepard” raketinə bənzər, 50 dəfə dayanmaq üçün nəzərdə tutulmuş sərnişin kapsuluna malik bir mərhələli, təkrar istifadə edilə bilən bir raket hazırlayır.

Kapsul altı görünüşlü pəncərə ilə təchiz olunacaq. Şirkət sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün onlarla sınaq buraxılışı keçirməyi planlaşdırır.

Bundan əlavə, “Deep Blue Aerospace”in rəqibi olan Çin şirkəti “CAS Space” 2027-ci ildə turistik uçuşlara başlamağı planlaşdırır.

Sevinc İBRAHİMZADƏ

Избранный
26
2
viral.az

3Источники