RU

Daha 3 boksçumuz dünya birinciliyində qalib gəlib

Bakı. Trend:

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünyabirinciliyi davam edir.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha3 idmançısı rinqdən qalib ayrılıb.

48 kq çəkidə mübarizə aparan Bilalhəbaşi Nəzərov 1/16 finalçərçivəsində Yasur Taalaybek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Hər3 raundu xeyrinə bitirən boksçumuz 5:0 hesabı ilə qələbə qazanıb.O, 1/8 finalda ilk mərhələdən azad olan Jair Bonilla (Ekvador) iləmünasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da debütdə rəqibini məğlub edib. O, 1/16finalda kubalı Alexandro Sançesə gücünü göstərib. Hər 3 raunduaktivinə yazan boksçumuz yekunda inamlı qələbə qazanıb – 5:0(30:26, 30:25, 30:26, 30:26, 30:27). Aslanlı ikinci görüşünüBayirjan Muratova (Qazaxıstan) qarşı keçirəcək.

Ziya Həsənov (71 kq) isə 1/16 finala yüksəlib. O, Paul Nevallonu(Trinidad və Tobaqo) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raunddadiskvalifikasiya olunduğundan Həsənov qalib elan edilib. Milli üzvüikinci sınağında ilk mərhələdən azad olan İqor Bondarla (Moldova)qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya birinciliyi oktyabrın 3-də başa çatacaq.

Избранный
8
17
az.trend.az

10Источники