Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Ayaks”a (Niderland) məğlub olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
***
15-ci dəqiqədə Romao qırmızı vərəqə alaraq “Qarabağ”ı azlıqda qoyur.
***
Taylor 36-cı dəqiqədə qonaqları hesabda önə çıxarır – 0:1.
***
Veqhorst 74-cü dəqiqədə “Ayaks”ın ikinci qolunu vurur – 0:2
***
77-ci dəqiqədə Akpom qonaqların üçüncü qolunu vurur – 0:3
***
79-cu dəqiqədə “Qarabağ” meydanda 9 nəfərlə qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulur.