RU

"Qarabağ" - "Ayaks" oyununda ikinci qol vurulub - YENİLƏNİB - 5

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar üstünlüyünü iki topa çatdırıb - 2:0.

74-cü dəqiqədə Vaut Veqhorst penalti zərbəsini dəqiq yerinə yetirib.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:51

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:35

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:22

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı maçtda 36-cı dəqiqədə Kennet Teylor qonaqları hesbada irəli çıxarıb - 1:0.

"Qarabağ" meydanda azlıqda mübarizə aparır. 15-ci dəqiqədə Julio Romao qırmızı vərəqə alıb.

21:01

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda Ağdam təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda davam edən görüşün 15-ci dəqiqəsində Julio Romao kobud oyuna görə meydandan qovulub.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

19:45

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı şotlandiyalı baş hakim Nikolas Uolş idarə edir.

"Cebheinfo.az"

Избранный
9
11
cebheinfo.az

10Источники