RU

Sabah Bakının 4 rayonunda qaz KƏSİLƏCƏK

Sabah Bakının Binəqədi, Suraxanı, Nərimanov və Yasamal rayonlarında qaz təchizatı dayandırılacaq.

Bu barədə Hurriyyet.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 25-də saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, “Varovski” və “Xutor” yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ. İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Избранный
7
49
hurriyyet.az

10Источники