RU

Kastello Lukeba “Leypsiq”lə yeni müqaviləyə imza atdı

Futbol üzrə Fransa yığmasının və “Leypsiq”in mərkəz müdafiəçisi Kastello Lukeba Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı fransalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər uzadılıb. Avropanın bəzi aparıcı klubları Lukeba ilə maraqlandığı üçün “Leypsiq” onun maaşını və təzminat məbləğini də artırılıb.

Xatırladaq ki, Almaniya klubu Lukebanı 2023-cü ilin avqust ayında Lion “Olimpik”indən transfer etmişdi. “Leypsiq” həmin vaxt bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəmişdi. Lukeba “Leypsiq”lə 5 illik müqaviləyə imza atmışdı. Bir sözlə, onun əvvəlki müqaviləsinin müddəti 2028-ci ilin 30 iyununa qədər idi.

Kastello Lukeba məhz “Olimpik”in yetirməsidir. 20 yaşlı futbolçu bu klubun əsas komandasında 68 oyuna çıxıb, 4 qol vurub.

Müdafiəçi “Leypsiq”in heyətində bu mövsüm 10 oyuna çıxıb. O, Almaniya klubunda bütövlükdə 51 oyun keçirib, 1 qola imza atıb.

Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Lukeba ötən ilin oktyabr ayında əsas millidə də debüt edib. Amma o, Fransa millisinin heyətində o oyundan sonra şans qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Избранный
23
43
arena.az

10Источники