RU

Xaçmazda işığı hər gecə saat 1-də niyə söndürürlər?

Xaçmaz şəhərinin sakinləri son günlər tez-tez baş verən işıq kəsilmələrindən şikayətçidirlər.

Referans.az xəbər verir ki, bununla bağlı oxu.az-a şikayət daxil olub.

Bildirilib ki, şəhərin Məktəbli küçəsində günlərdir işıqlar sönür.

"Nəticədə elektrik avadanlıqlarımız sıradan çıxır. İşıqlar hər gecə saat 1-də sönür, bir də səhər yanır", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı saytın sorğusunu cavablandıran "Azərişıq" ASC-dən sözügedən ərazidə problem yaşandığı təsdiqlənib.

"Xaçmaz şəhəri Məktəbli küçəsində hava şəraiti ilə əlaqədar müəyyən problemlər yaşanıb. Problemlər əməkdaşlarımız tərəfindən aradan qaldırılıb. Həmin ərazi diqqətimizdədir", - deyə açıqlamada qeyd olunur.
Избранный
11
2
referans.az

3Источники