RU

DSX generalı: Sahil Mühafizəsi peşəkarlığın artırılması istiqamətində daim çalışır

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi peşəkarlığın artırılması istiqamətində daima çalışır.

Bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə deyib.

O, bildirib ki, müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda təkmilləşdirici kurslarda iştirak edirlər: “Bu istiqamətdə olan və iştirak etdiyimiz sonuncu kurs Türkiyədə olub. Qazanılan biliklər DSX-nin Sahil Mühafizəsində xidmət zamanı tətbiq edilir. Bununla yanaşı dənizçi sərhədçilər təlim bazasında da kurs keçirlər. Onların peşakar olması daim bizim diqqət mərkəzimizdədir. Döyüş planına əsasən döyüş hazırlığı istiqamətində olan məşğələlərdən əldə olunan nəticələr, DSX-nin Sahil Mühafizəsinin mühafizəsində müasir texnikaların tətbiqi davamlı olaraq yüksək səviyyədə yerinə yetirilir”.

O qeyd edib ki, artıq sərhədyanı ərazilər müasirləşərək kameralar vasitəsilə izlənilir: “Sərhədyanı ərazilərdə müşahidə məntəqələri var. Radarlar, uzaq məsafəni kameralar vasitələri ilə nəzarətdə saxlamaq mümkündür. Əldə edilən məlumatlar təhlil edilir”.

Избранный
23
apa.az

1Источники