RU

Fənərbağça - Mançester Yunayted: CANLI yayım (24.10.2024, 23:00)

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Fənərbağça" klubu "Mançester Yunayted"i qəbul edəcək.
Oxu.Az xəbər verir ki, İstanbul şəhərində yerləşən " Şükrü Saracoğlu" stadionunda keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Rəqiblərin heyətində ciddi itkilər var.
Belə ki, "Fənərbağça"dan İrfancan Eyribayat, Kostiç, Ostoeruolde, Oseyi-Samuel, Cengiz Ündər, İsmail Yüksek zədə üzündən görüşü buraxmalı olacaqlar.
"Mançester Yunayted"də isə Bruno Fernandeş cəza, Hari Maquayer, Mainu, Malasiya, Meyson Mount, Luk Şov, Leni Yor zədə səbəbindən komandasına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, rəqiblər indiyədək altı dəfə üz-üzə gəliblər. Bunlardan 3-də "Fənərbağça", üçündə isə "Mançester Yunayted" qalib gəlib.
Yayım Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Fənərbağça" - "Mançester Yunayted" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
Избранный
37
42
oxu.az

10Источники