RU

DSX-nin "Tufan" gəmisi nümayiş etdirildi

Oktyabrın 24-də media nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti ərazisində media-tur təşkil olunub. Media nümayəndələrini DSX-nin Sahil Mühafizəsi rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.

Publika.az xəbər verir ki, ilk olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi rəisi və media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir dəyirmi masa arxasında davam edib. Media nümayəndələri üçün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əls etdirən tanıtım çarxı nümayiş olunub.

DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Sahil Mühafizəsinin indiki fəaliyyəti və tarixi barədə media nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, hava şəraitindən asılı olmayaraq sahil mühafizəsi fasiləsiz olaraq xidmətini davam etdirir:

“Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir. Həmçinin, Xəzəryanı ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində xidmətin gəmiləri dənizdə istənilən çağırışa çevik müdaxilə edə bilir”.

Media-turun davamında media jurnalistlər DSX-nin Sahil Mühafizə Baş Komanda İdarəetmə Mərkəzində olub. Media nümayəndələrinə Xəzərdə üzən, qayda pozan, GPS və radar sistemlərini bilməyərək və ya qəsdən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.

Избранный
19
1
publika.az

5Источники