RU

DSX-nin Sahil Mühafizəsinə media-tur təşkil edib, gəmilər açıq dənizdə manevr edib - FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə media-tur təşkil edib.

APA xəbər verir ki, media nümayəndələrini DSX-nin Sahil Mühafizə rəisi, general-leytenant Müzəffər Pirizadə qarşılayıb.

Öncə DSX-nin Sahil Mühafizəsi rəisi, media nümayəndələri xidmət ərazisində şəhidlərin əbədi xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyub. Tədbir dəyirmi masa arxasında davam edib.

DSX Sahil Mühafizəsinin rəisi, general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə media nümayəndələrinə ümumi məlumat verib.

O qeyd edib ki, Sahil Mühafizəsi hava şəraitindən asılı olmayaraq fasiləsiz olaraq xidmətini davam etdirir:
“Sahil Mühafizəsi beynəlxalq tədbirlərdə iştirak edir. Eyni zamanda, Xəzəryanı ölkələrlə əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində xidmətin gəmiləri dənizdə istənilən çağırışa çevik müdaxilə edə bilir”.

DSX-nin Sahil Mühafizəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra media nümayəndələri DSX-nin Sahil Mühafizə Baş Komanda İdarəetmə Mərkəzində olub. Media nümayəndələrinə Xəzərdə üzən, qayda pozan, GPS və radar sistemlərini bilməyərəkdən və ya qəsdən pozan gəmilərlə əlaqə qurulması yolları izah edilib.
Eyni zamanda, jurnalistlər DSX-nin Sahil Mühafizə Dəniz Muzeyini ziyatət edib. Orada olan eksponatlarla tanış olub.
Həmçinin media nümaydələri Təlim Tədris Mərkəzində olub, tədris prosesini izləyib. DSX-nin Sahil Mühafizəsi rəisi Müzəffər Pirizadə tədris olunan fənlər, metodika və tədris zamanı istifadə olunan texnika və avadanlıqlar barəsində məlumat verib.

Media nümayəndələri DSX-nin çoxfunksiyalı amfibiya katerləri ilə tanış olub.
DSX-nin Sahil Mühafizəsinin Dövlət Sərhədinin Mühafizəsi üzrə şöbə rəisinin dəniz üzrə müavini Xanlar Abdullayev jurnalistlərə bildirib ki, hazırda dənizdə hərəkət edən çoxfunksiyalı amfibiya kateri DSX-nin Sahil Mühafizəsinin döyüş sıralarına 2022-ci ildə qatılıb:

"Kater sahilyanı əməliyyatlarda istifadə olunur. Hazırda bu vasitələr dövlət sərhədinin mühafizəsində geniş istifadə edilir. Sahilyanı ərazilərdə sərhəd pozucuları və qaçaqmalçılara qarşı mübarizədə ən üstün üzmə vasitəsi hesab olunur".

Daha sonra jurnalistlərin gəmi səfəri baş tutub.

Gəmi DSX-nin Sahil Mühafizəsi tərəfindən fasiləsiz olaraq müdafiə və mühafizə olunan “Şahdəniz” platformasına yaxınlaşıb. Media nümayəndələrinə platforma mühafizəsi barədə məlumat verilib.

Səfər zamanı DSX-nin Sahil Mühafizəsinin bazasında olan gəmi və karterlər müxtəlif manevrlər edib.

DSX-nin Sahil Mühafizəsi şöbə rəisinin müavini, lll dərəcəli kapitan Əliyar Məmmədzadə jurnalistlərə bildirdi ki, hazırda üzərində durduğumuz gəmi DSX-nin Sahil Mühafizəsinin ll dərəcəli “Tufan” gəmisidir:

“Gəmi Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında DSX-nin Sahil Mühafizəsi bazasında Gəmi inşası və təmiri zavodunda hazırlanıb. 15 dekabr 2015-ci ildə istifadəyə verilərək suya buraxılıb. Gəmi yüksək manevr qabiliyyəti və dözümlülük hesabına ölkə başçısının DSX-nin qarşısına qoyulan tapşırıqları tez bir zamanda yerinə yetirmək mümkündür. Gəmi son texnoloji avadanlıqlar ilə təmin olunub. Gəmi ən son aşkaretmə qurğuları, rabitə cihazları, artirelliya raket sistemi ilə təhciz olunub”.

DSX-nin DSX-nin DSX-nin DSX-nin DSX-nin
Избранный
24
3
apa.az

5Источники