RU

Xaçmazda işığı hər gecə saat 1-də niyə söndürürlər?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xaçmaz şəhərinin sakinləri son günlər tez-tez baş verən işıq kəsilmələrindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Bildirilib ki, şəhərin Məktəbli küçəsində günlərdir işıqlar sönür.
"Nəticədə elektrik avadanlıqlarımız sıradan çıxır. İşıqlar hər gecə saat 1-də sönür, bir də səhər yanır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azərişıq" ASC-dən sözügedən ərazidə problem yaşandığı təsdiqlənib.
"Xaçmaz şəhəri Məktəbli küçəsində hava şəraiti ilə əlaqədar müəyyən problemlər yaşanıb. Problemlər əməkdaşlarımız tərəfindən aradan qaldırılıb. Həmin ərazi diqqətimizdədir", - deyə açıqlamada qeyd olunur.
Əzizə İsmayılova
Избранный
24
50
oxu.az

10Источники