RU

Niyə başqa insanlara qıcıqlanırıq? – Psixoloq AÇIQLADI

“İnsanın bir başqasına qıcıq olması əslində özü ilə bağlıdır”.

Gundem.az bildirir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. Onun sözlərinə görə, şəxsi bir başqası qıcıq edə bilməz:

“Sadəcə özünüz öz düşüncələrinizlə neqativ hisslər yarada bilərsiniz. Siz bir başqasına qıcıqlanırsınızsa, bu o insanla yox, sizinlə bağlıdır. Məqsəd, başqaları ilə rəqabət aparmaq deyil, öz daxili balansını tapmaqdır. Hər birimiz fərqli yolla irəliləyirik və həyatımızdakı uğur ölçüsü yalnız özümüzün daxili səsindən gəlməlidir”.

Psixoloq əlavə edib ki, başqasına qıcıqlanmaq özünü hələ də qəbul etməməkdir.

 

Избранный
6
1
gundem.az

2Источники