RU

Bakıda günorta vaxtı adam "oğurlamaq" istəyən şəxs tapıldı 

Xəbər verdiyimiz kimi, bugün Bakının Ramana qəsəbəsində uşaq oğurluğuna cəhd edilib.

Məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar ona mane olub və oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib. Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Hadisəni törədən şəxsin kimliyi məlum olub. Belə ki, hadisəni törədən şəxs sözü gedən məktəblinin keçmiş sinif yoldaşı olub.

Ehtimala görə, o bu əməli zarafat məqsədilə edib.

Qeyd edək ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırma başlanılmışdı./Milli.Az

Избранный
8
6
referans.az

10Источники