RU

"Balaca Şahzadə" əsəri hərraca çıxarılır - FANTASTİK MƏBLƏĞ

Tarixin ən çox satılan kitablarından biri olan Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə" əsəri Dubayda böyük məbləğdə hərraca çıxarılır. Nadir orijinal əlyazma kitabının qiyməti heyrətamizdir.

 

Sfera.az xəbər verir ki, bu gün keçiriləcək hərracda kitaba 1,25 milyon dollar qiymət qoyulacaq. Satıcı London kitab mağazasıdır.

 

Mağazada “Balaca Şahzadə”nin müəllifinin dəsti-xətti ilə yazılmış cümləllər də var. Kitab bir qədər aşınıb. Kitabda müəllifin bir çox rəsmləri, eləcə də onun məşhur “İnsan yalnız ürəyi ilə aydın görür” sitatı yer alıb.

 

Alleqorik hekayə olan “Balaca Şahzadə” əsəri ilk dəfə 1943-cü ildə Nyu-Yorkda çap olunub. Nağıl Yer planeti də daxil olmaqla kosmosda müxtəlif planetləri ziyarət edən kiçik şahzadədən bəhs edir.

 

Vasif

Избранный
61
sfera.az

1Источники