RU

"Gürcüstanı Ukraynaya, Əfqanıstana çevirmək, parçalamaq istəyirlər"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Qaribaşvili parlament seçkiləri ilə əlaqədar Tbilisidə keçirilən mitinq zamanı çıxış edib.  Qaribaşvili müxalifətin xarici qüvvələrin tapşırığı ilə hakimiyyətə gəlməyi, bundan sonra ölkəni RF ilə qarşıdurmaya cəlb edərək Gürcüstanı da Əfqanıstan və Ukraynaya çevirməyi planlaşdırdığını bəyan edib.

Qaribaşvili deyib: "Agentura koalisiyasının əsas hədəfi bizə bəllidir: xarici qüvvələrin tapşırığını yerinə yetirmək, Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmaq. Bu isə ölkəmizin iqtisadiyyatının çökməsi deməkdir. Onların məqsədi Gürcüstanı müharibəyə cəlb eləmək, ikinci cəbhə açmaq, ölkəmizi ikinci poliqona, Ukraynaya, Əfqanıstana çevirməkdir".

Qaribşavili qeyd edib ki, Gürcüstan Rusiya ilə qarşıdurmaya və hərbi münaqişəyə cəlb edilərsə ölkə tamamilə dağılacaq, dövlətçiliyini itirəcək, gənclər müharibəyə göndəriləcək. O deyib: "Bunların baş verməməsi üçün seçkilərə getmək, bütün işləri bir kənara qoyub "Gürcüstan arzusu"na səs vermək lazımdır".

Hürr Tərcüman

Избранный
46
hurriyyet.az

1Источники