RU

Necati Şaşmaz "Sea Breeze"dən özünə VİLLA ALIB? - Gecəylə Bakıya gəlib və...

Hər kəsin "Polat Alemdar" kimi tanıdığı Necati Şaşmaz bu yaxınlarda Bakıya gəlib.

Titul.az-ın əldə etdiyi məlumata görə, məşhur aktyor hava limanından birbaşa taksi ilə "Sea Breeze"ə gedib. 

Məşhuru tanıyan sürücü ona öz ehtiramını bildirib, filmlərini böyük maraqla izlədiyini deyib. Necati azərbaycanlı sürücüyə təşəkkürünü bildirib.

Söhbət əsnasında taksi şoferi Necati Şaşmaza oğlunun da serialda rol aldığın bildirib. Türk aktyor hansı filmdə soruşanda, sürücü Azərbaycanda çəkilən "Kölgə" serialını deyib. Ardınca filmdən fraqment göstərib. Necati fraqmentə baxarkən onun diqqətini serialın baş qəhrəmanlarından biri, ssenaristi Nasir Kərimli çəkib. 

Aktyor azərbaycanlı həmkarının obrazının öhdəsindən ustalıqla gəldiyini bildirərək, onunla görüşmək istədiyini dilə gətirib. 

Sürücü bu istəyi yerinə yetirmək imkanının olduğunu desə də Necati Şaşmaz indi Bakıda vaxtının çox az olduğunu, təcili Türkiyəyə qayıdacağını bildirib və gələn səfərə bu görüşü təyin etməyini sürücüdən xahiş edib. 

Qeyd edək ki, məşhur türk fenomenin Bakıya qaçaqaçla gəlib, birbaşa "Sea Breeze"ə yollanması və dərhal da Türkiyəyə qayıtması dünya məşhurlarınında diqqətini çəkən Emin Ağalarova məxsus bu yeni yaşayış məkanından özünə villa aldığı iddialarını da bir xeyli artırıb.

Избранный
11
19
qlobal.net

10Источники