RU

Aparıcı: “…utandığımdan telefonumu cəhd edib söndürə bilmədim”

Aparıcı  Zülfiyyə Bayramova taksidə başına gələnlərdən danışıb.

Adalet.az xəbər verir ki, o, aparıcısı olduğu “Günə bax” proqramında bu haqda danışıb:

“Bunu çox adam bilir ki, mən taksidə telefonumu sındırdım. Bunu təbii ki, qəsdlə etmədim. Bir növ deyərdim ehtiyatsızlıqdan oldu. Taksidən gedərkən telefonumu açdım. Sosial şəbəkəyə daxil olanda bir qadının canlı yayımı qarşıma çıxdı. Həmin an elə ədəbsiz söz işlətdi ki,utandığımdan telefonumu cəhd edib söndürə bilmədim. Danışan kim olursa olsun, mənim telefonumdan belə ədəbsiz bir səs eşidilməsinə utandım. Və telefonun səsin azaltmağa çalışdım. Bunu o qədər tələsərək etdim ki, telefon əlimdən çıxıb, maşında qarşı tərəfdə şitə dəyib sındı. Taksi sürücüsü utandığımı anladı. Mənə dedi ki, Zülfiyyə xanım, siz niyə utanırsınız? Belə danışanlar utansın. Çox təəccüb edirəm, bunlara bir “dayan” deyən yoxdur evlərində? Bu nə tərbiyəsizlikdir”?

Əntiqə Kərimzadə

Избранный
24
adalet.az

1Источники