RU

"Tarzan" 86 yaşında dünyasını dəyişdi

"Tarzan" 86 yaşında dünyasını dəyişdi

1960-cı illərdə yayımlanan “Tarzan” serialının ulduzu, amerikalı aktyor Roni Elinin 86 yaşında dünyasını dəyişdiyi bildirilib.1966-1968-ci illərdə NBC televiziyasında yayımlanan "Tarzan" serialı ilə yadda qalan Elinin ölümünü qızı Kirsten Kasale Eli sosial media hesabından açıqlayıb.Kirsten Kasale Eli atası Elinin sentyabrın 29-da Kaliforniyadakı evində vəfat etdiyini bildirərək, "Mənim atam insanların qəhrəman dediyi biri idi. O, aktyor, yazıçı, məşqçi, mentor, ailə başçısı və lider idi" deyib.1938-ci ildə ABŞ-ın Texas ştatında anadan olan Roni Eli 1966-1968-ci illərdə yayımlanan “Tarzan” serialındakı baş rolu ilə tanınıb.Roni Eli 1975-ci ildə ekranlara çıxan “Doc Savage: The Man of Bronze” filmində də rol alıb.Müxtəlif televiziya proqramlarına da aparıcılıq edən Eli aktyorluq karyerasından kənarda 2 roman yazıb.

Избранный
20
1
afn.az

5Источники