RU

"BRİKS sammiti göstərdi ki, Qərb və Avropa artıq monopoliyaya malik deyil" -Fransız nazir

Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad diqqət çəkən açıqlamalar verib.

Xarici KİV-in yaydığı məlumata görə, o, deyib ki, BRİKS-in Kazanda keçirilən sammiti və ABŞ-də keçiriləcək prezident seçkiləri alternativ inkişaf modelinin yarandığı dünyada Avropa və Qərbin artıq monopoliyaya malik olmadığını nümayiş etdirir. 

“BRIKS sammiti ilə Avropanın təhlükəsizliyinə və transatlantik əlaqələrə böyük təsir göstərəcək Amerika seçkiləri arasında qalan Avropa və Qərb başa düşür ki, artıq onların dünyada monopoliyası yoxdur”, - deyə Haddad bildirib.

Eyni zamanda o qeyd edib ki, Avropa öz maraqlarını qorumağı bacarmalıdır. Nazir həmçinin qlobal Cənub ölkələrinə beynəlxalq hüququn qorunmasının zəruriliyi barədə mesaj verməyə çağırıb.

 “Lakin biz avropalılar həm də alternativ modelin yarandığı bir dünyada dünyaya baxışımızı, maraqlarımızı, təhlükəsizliyimizi və strateji avtonomluğumuzu müdafiə etməyi bacarmalıyıq”,- o qeyd edib.

Tural

Избранный
35
news365.az

1Источники