RU

Arxeoloqlar məşhur "İndiana Cons" filmində təsvir edilən iki min illik məbədi tapıblar

İtaliyada qədim sivilizasiya tərəfindən tikilmiş və "Indiana Jones" ("İndiana Cons") film seriyasında təsvir edilmiş iki min illik məbəd tapılıb...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər verib.

Bildirilir ki, arxeoloqlar bu kəşfi Puteoli sahilində ediblər. Orada düzbucaqlı planlaşdırması, iki otağı və daxili ərazilərə çıxışı olan böyük bir bina tapılıb. Binanın əcnəbi tacirlər üçün nəzərdə tutulduğu ehtimal olunur.

Məlumata görə, bina nabateyalılar tərəfindən tikilib. Onlar İordaniyadan gəlmiş köçəri ərəb ticarət sivilizasiyasını təmsil edirdilər. Nabateyalılar mürəkkəb məqbərə hesab edilən Əl-Xəznəni də tikiblər.

Qeyd edək ki, "Indiana Jones and the Last Crusade" ("Indiana Cons və son səlib yürüşü") filmi məhz burada çəkilib.

Poliqon.info

 

Избранный
8
1
poliqon.info

10Источники