RU

Babək Quliyev UEFA Region Kubokunun oyunlarına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Babək Quliyev UEFA Region Kubokunun 7-ci qrupunun oyunlarının hakim-inspektoru olacaq.

Bu qrupun oyunları 29 oktyabr – 4 noyabr aralığında Bolqarıstanda təşkil olunacaq. 7-ci qrupda Bolqarıstanın “SW Bolqarıstan”, İspaniyanın “Araqon”, Moldovanın “Anenii Noi” və Belarusun “İvatseviçi-Duss” klubları mübarizə aparacaqlar.

Избранный
28
15
arena.az

10Источники