RU

Daşkəsəndə binada partlayış oldu -

Daşkəsəndə qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Məlumatda bildirilib ki, pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

06:32

Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
6
13
metbuat.az

10Источники