RU

“İki plastik əməliyyat etdirəcəyəm”

“Rahatam, çünki əməliyyata gedəcəyəm. Bədənşəkilləndirmə və üzgərmə etdirəcəyəm. Hazırda həkim seçimi edirəm. Kaşlar olmasın deyə, dəqiq seçməliyəm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Mətanət İsəgndərli qonaq olduğu “Qonaqcanlı” verilişində deyib.

Sənətçi bildirib ki, tezliklə iki plastik əməliyyat etdirəcək:

“Qaşları qaldırmaqdan xoşum gəlmir. Deyəcəyəm ki, mənim Mətanət simam, təbii görünüşüm dəyişməsin. Zarafat deyil, 40 kiloqram çəki atdım. 45 idi, amma 5 kiloqramı yenidən aldım. Mədəkiçiltmədə çəki qəfildən düşür, sonra bədən başlayır çəki yığmağa. Bu, məni narahat etmir. Əslində yayda etdirəcəkdim. Amma ildə bir dəfə qızım Ülkərin yanına gedə bilirəm. Getdim, 1 ay Türkiyədə qızımla dincəldim”.

Избранный
18
4
olay.az

6Источники