RU

"Basqalı" rəqsi və "Bu qala, daşlı qala" mahnısının "erməni şalaxosu" kimi təqdim edilib - ETİRAZ

Bakı. Trend:

2023-cü il noyabrın 3-də Gürcüstanın “1TV.GE” telekanalındayayımlanmış “Natalia & Datuna” şou proqramında AzərbaycanRespublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi vəifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnı“Somxuri şalaxo”- “erməni şalaxosu” kompozisiyası kimi təqdimolunub.

Trend xəbərverir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ili sentyabr ayının 14-də isə Gürcüstanındigər televiziya kanalı “İMEDİ”də yayımlanan “Çveni şou”proqramında da “Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmışvə Dodona Namoradzenin ifa etdiyi mahnı yenə “erməni şaloxosu” adıaltında təqdim olunub.

Bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsiləAzərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycanmusiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişitəsəvvürü yaradır və ciddi narahatlıq doğurur.

“Basqalı” rəqsi Azərbaycanla yanaşı Qafqaz ölkələrində və digərMDB məkanında Azərbaycana məxsus rəqs nümunəsi kimi genişyayılmışdır. Azərbaycan Əqli Mülkiyyət Agentliyinin ekspertləri –tanınmış bəstəkarlar Eldar Mansurov, Faiq Sücəddinov və CavanşirQuliyevin rəylərində də “Somxuri şalaxo” – “erməni şalaxosu”nunmusiqisi Azərbaycanın məşhur qarmon ifaçısı Aftandil İsrafilovunyaratdığı “Basqalı” rəqsi (musiqisi) ilə üst-üstə düşdüyügöstərilir. Rəqs Azərbaycan muğamı “Bayatı-Şiraz” əsasındayaradılıb.

A.İsrafilovun 1970-ci ildə yaratdığı “Basqalı” rəqsinə digərifaçıların repertuarında da geniş yer verilib. Müəllif bu rəqsiAzərbaycanın İsmayıllı rayonunun Basqal kəndində yaşayan xeyriyyəçidostunun şərəfinə yazıb və bu səbəbdən onu “Basqalı”adlandırıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1984-cü ildəistehsal etdiyi “Xaş s muzikoy” (rus dilində) adlı qısametrajlıkomediya filmində (filmin ssenari müəllifi və rejissoru VaqifMustafayevdir) də bu musiqi səsləndirilir və filmin titrlərindərəqsin müəllifi kimi A.İsrafilovun adı qeyd olunub. A.İsrafilovunmüəllifi olduğu orta ixtisas, uşaq musiqi və incəsənət məktəbləriüçün 2012-ci ildə nəşr olunan “Rəqslər” adlı tədris vəsaitində“Basqalı” rəqsinin musiqisinin notları verilib.

2017-ci ildə norveçli musiqiçilər Daniel Lazar (skripka) vəEspen Vensaas (mandolina) duet şəklində “Basqalı”nı ifa edərəkYoutube platformasında Azərbaycandan gözəl instrumental musiqi adıaltında paylaşmışlar.

Arxiv sənədləri, musiqişünas ekspertlərin rəyləri və musiqininxarici ifaçı tərəfindən paylaşımı da “Basqalı” rəqsininazərbaycanlı müəllifə məxsus olduğunu təsdiq edir.

Bu ilin 24 may tarixində “Rustavi” telekanalında yayımlanan“Paatas da Nikas şou” proqramında isə "Bu qala, daşlı qala" adlıAzərbaycan xalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcüdilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğuqeyd edilməyib. “Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnıbütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədəəhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onuAzərbaycan xalq mahnısı kimi ifa edirlər.

“Rustavi” telekanalında "Bu qala daşlı qala" adlı Azərbaycanxalq mahnısı “Sənə sevgi söz verirəm” adı altında gürcü dilindətəqdim olunarkən Azərbaycan Respublikasının və Gürcüstanın üzvolduqları ÜƏMT-nin “Ədəbi və bədii əsərlərin qorunması haqqında”Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələblərinəzərə alınmayıb.

Yuxarıda göstərilən faktlar eyni zamanda ÜƏMT-nın Müəlliflikhüququna dair Müqaviləsinin, habelə“Azərbaycan RespublikasıHökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunmasısahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulmasıdeməkdir.

Azərbaycanın Respublikasının Əqli Mülkiyyət Agentliyi yuxarıdagöstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi"SAKPATENTİ"nin rəhbərliyinə məktub göndərib.

Məktubda Gürcüstanın 1TV.CE, “İMEDİ” və “Rustavi”telekanallarında Azərbaycana məxsus olan “Basqalı” rəqsinin“Somxuri şalaxo” - erməni şalaxosu” kimi təqdim edilməsinin və “Buqala, daşlı qala" adlı Azərbaycan xalq mahnısından istifadəolunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adınıngöstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirləringörülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli MülkiyyətAgentliyinə məlumat verilməsi və bir daha belə hallarıntəkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahişedilib.

Həmçinin bildirilib ki, hüquq pozuntularını təsdiq edən müvafiqmateriallar da “SAKPATENTİ”-yə təqdim edilib.

Избранный
6
29
az.trend.az

10Источники