RU

Yağmursuz, duman və şaxta

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-11°, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-4°, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.

Q.QASIMOV
XQ

Избранный
2
31
xalqqazeti.az

10Источники