Paytaxt Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumata əsasən, hal-hazırda sıxlıq olan yollar aşağıdakılardır: 1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 4. Zərifə Əliyeva küçəsində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində.