RU

Almaniya Livana yardım üçün əlavə 60 milyon avro ayıracaq

Almaniya kansleri Olaf Şolts Livanın Baş naziri Nəcib Mikati ilə telefon danışığı keçirib və Almaniya hökumətinin Livan xalqına yardım üçün əlavə 60 milyon avro ayıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Almaniya kansleri Livan vətəndaşlarının yaşadıqları acılı günlərlə əlaqədar başsağlığı verib. Almaniya hökuməti Livan xalqına yardım üçün 60 milyon avro məbləğində əlavə vəsait ayırır”, - Hebeştrayt deyib.

Избранный
10
10
publika.az

10Источники