RU

Türkiyədəki terrorda ölənlərin sayı artdı – Yenilənib


Ankarada törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, daha 22 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya bildirib.
Onun sözlərinə görə, iki terrorçu - bir qadın və bir kişi də öldürülüb. Onların şəxsiyyəti hələ müəyyən edilməyib.


***19:44
TUSAŞ aerokosmik korporasiyasının binası yaxınlığında törədilən terror aktı nəticəsində 4 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikainin sözlərinə görə, iki terrorçu məhv edilib.

***17:26
“Türk Aerokosmik Sənayesi” şirkətinin (TUSAŞ) paytaxt Ankaranın Kahramankazan bölgəsində yerləşən obyektlərindən birində terror aktı törədilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabından açıqlama verib.
Hücumdan sonra şəhidlərin və yaralananların olduğunu bildirən Yerlikaya, hadisələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini və rəsmi mənbələrdən verilən açıqlamaların nəzərə alınması lazım olduğunu bildirib.
Избранный
11
3
yeniavaz.com

4Источники