RU

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisidə aksiya keçirib

Tbilisi, 23 oktyabr, AZƏRTAC

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Tbilisidə seçkiöncəsi aksiya keçirib.

AZƏRTAC verir ki, Tbilisinin mərkəzi Rustavelli prospektində keçirilən aksiyada partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili və on minlərlə insan iştirak edib.

Aksiyanı partiyanın baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze açıb.

Qeyd edək ki, aksiya ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər olublar.

Aksiyadan sonra konsert proqramı təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
57
2
azertag.az

2Источники