RU

Xasay Həsənli bürünc medala sahib çıxıb

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdiriblər.

77 kq çəki dərəcəsində Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 7:1 hesabı ilə qalib gələn Xasay bürüncə yiyələnib.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.

Daha 5 güləşçimiz mübarizəyə qoşulur

Güləşçimiz 4 illik diskvalifikasiya olunub

Millimizin dünya çempionatına yollanacaq heyəti bəlli olub

AGF xalq pəhləvanının adını daşıyan idman klubunu zəruri inventarla təmin edib

AGF güləşçilər üçün seminar keçirib

Избранный
20
apasport.az

1Источники