RU

Tiflis üçün kritik həftə: kim kimi “devirəcək”? - Vasadze

Gürcüstanda dövlət çevrilişi haqqında onu demək olar ki, hələ kimin kimi devirəcəyi bəlli deyil. Dəyişikliklərə gəlincə, bəli, ola bilər. Gürcüstan praktiki olaraq Qərbin dəstəyindən məhrum olub, Rusiyanın ekosisteminə düşə bilər.

Bu sözləri Axar.az-a gürcü politoloq Gela Vasadze Gürcüstanda 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı danışarkən deyib.

Politoloq qeyd edib ki, dəyişiklik ilk növbədə regional layihələrlə bağlı sual yaradır:

“Bununla bütün regional layihələr - Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Cənubi Qafqaz qaz dəhlizi layihəsi və s. Rusiyanın ekosisteminə daxil olacaq. Onların effektiv işləməsi ilə bağlı qərar artıq Moskvada veriləcək. Bu isə hesab edirəm, istər Gürcüstan, istər Azərbaycan üçün arzulanan deyil. Bu, bizi gözləyən ən böyük təhlükədir”.

Vasadze ölkəsində keçiriləcək seçkilərlə bağlı nikbin fikirdədir:

“Hesab edirəm ki,Gürcüstanda seçkilər normal konstitusiya hüdudlarına dönmək üçün bir şansdır, ona görə ki, Avrointeqrasiya kursu bizim Konstitusiyamızda yazılıb. Düşünürəm ki, hər şey normal, hər şey yaxşı olacaq. Gəlin, nikbin olaq!”

Qeyd edək ki, 26 oktyabr parlament seçkilərindən Qərbin Gürcüstanda hakimiyyəti devirmək üçün istifadə edəcəyi və yeni “Maydan”a hazırlaşdığı haqda məlumatlar yayılır.

Избранный
41
40
axar.az

10Источники