RU

NATO Ukraynanı sıralarına dəvət etməyə hazır deyil – ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit

Prezident Co Baydenin administrasiyasında ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib ki, Birləşmiş Ştatlar hazırda Ukraynaya Şimali Atlantika Alyansına (NATO) qoşulmaq üçün dəvət göndərməyə hazır deyil.

“Politico”ya verdiyi müsahibədə o qeyd edib ki, “alyans Ukraynaya üzvlük və ya dəvət təklif etməyə hazır vəziyyətə çatmayıb”, baxmayaraq ki, bu, Ukrayna prezidenti Vladimir Zelenskinin qələbə planının əsas hissəsidir.

Bununla belə, Smit əlavə edib ki, Ukrayna Alyansa yaxınlaşmağa davam edəcək.

//Samir Qurbanov, Editor.az

Избранный
19
editor.az

1Источники