RU

İkinci Liqa: “Şimal” və “Şəfa” səfərdə darmadağına sevindilər

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Şəmkir” – “Dinamo” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Saatlı-Araz” – “Kür-Araz” görüşü qonaqların qələbəsiylə yekunlaşıb.

“Füzuli” “Şimal”a 3 cavabsız qolla uduzub. “Şəki Siti” – “Şəfa” oyununda da qonaqlar 4 cavabsız qola seviniblər.

8-ci turun qalan görüşləri oktyabrın 24-də keçiriləcək.

İkinci Liqa
8-ci tur
22 oktyabr

“Lerik” – “Qusar” 0:2
Qollar: Kazbək Qafarov, 68-pen. İlham Yarəliyev, 88.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rəsul Babayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

23 oktyabr

“Füzuli” – “Şimal” 0:3
Qollar: Tural Cəlilov, 11. Tofiq Nəsibov, 34. Pərviz Azadov, 58.
Hakimlər: Rövşən Rəcəbov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Saatlı-Araz” – “Kür-Araz” 1:2
Qollar: Xəyal Bədirov, 78 – Elxan Məmmədov, 22. Ramazan Abbasov, 63.
Hakimlər: Şamil İmanzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəmkir” – “Dinamo” 0:0
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəki Siti” – “Şəfa” 0:4
Qollar: Elvin Nəsibov, 45+1; 54. Elməddin Hüseynzadə, 56. Rauf Məhərrəmov, 87.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Samir Hüseynov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu, 14:00.

24 oktyabr

“Göygöl” – “Ağdaş”
Hakimlər: Vüqar Həsənli, Mirnihat Seyidov, Asif Abdullayev, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Hypers Guba” – “Şahdağ Qusar”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Orxan İbişov, Maqsud Şamıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Избранный
4
2
arena.az

10Источники