RU

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Bakı. Trend:

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti RəcəbTayyib Ərdoğana Ankarada törədilən terror aktı ilə əlaqədarbaşsağlığı verib.

Trend xəbər verir ki,başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmişterror aktı nəticəsində insanların həlak olması və xəsarət almasıxəbəri bizi olduqca sarsıtdı.

Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlakolanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsənöz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığıverir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Избранный
21
49
az.trend.az

10Источники