RU

ADY-də təqdimat

Oktyabrın 23-də “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda tədbir keçirilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim olunub.

Tədbir iştirakçılarına Azərbaycanda dayanıqlı nəqliyyatın, dəmir yollarının yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi ilə dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən və bundan sonra görüləcək işlər barədə məlumat verilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov çıxışında rəqəmsal innovasiya sahəsində beynəlxalq əməkdaşlıqdan bəhs edərək, dayanıqlı nəqliyyatın inkişafı üçün Azərbaycanın strateji baxışının əsas məqamlarını diqqətə çatdırıb.

“COP29”-un baş icraçı direktoru Elnur Soltanov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 2030-cu ilədək Milli Prioritetlər, eləcə də Azərbaycanın yaşıl innovasiya sektorunda artan rolundan, qlobal iqlim məqsədləri və dekarbonizasiya hədəflərinin yerinə yetirilməsində nəqliyyatın əhəmiyyətindən, bu sahədə əsas qlobal təcrübələrdən söz açaraq tədbir iştirakçılarını məlumatlandırıblar.

ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının rolunu, dəmir yolu dayanıqlığının ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyi olduğunu diqqətə çatdırıb. O, digər nəqliyyat növləri ilə müqayisədə dəmir yolu nəqliyyatının daha effektiv və əlverişli oluğunu vurğulayaraq deyib:

“Dəmir yolu nəqliyyatı qlobal karbon qazı emissiyasının sadəcə 1%-ni təşkil edir və buna görə də digər nəqliyyat növləri ilə müqayisədə daha effektivdir. Məqsədimiz karbon emissiyalarından tam azad, yəni karbon neytral dəmir yolu nəqliyyat sistemini qurmaqdır. 2023-cü ildə sərnişinlərin 100 faizinin, yüklərin isə 80 faizinin daşınması elektrik enerjisi hesabına həyata keçirilib”.

Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder qlobal miqyasda dəmir yolu sistemlərinin dekarbonizasiyası istiqamətində atılan addımlardan danışıb.

Daha sonra ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib. Sonda dekarbonizasiya prosesinə texniki yardımın göstərilməsi ilə bağlı ADY sədri Rövşən Rüstəmov və ADB-nin nəqliyyat üzrə direktoru Ceyms Leder tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında Missiya sənədi imzalanıb.

YEGANƏ

 

 

Избранный
7
15
xalq.az

10Источники